Azərbaycan stolüstü tennisçiləri Olimpiya lisenziyalı turnirdə hər iki görüşdə məğlubiyyətə düçar olublar
03.04.2008 - 12:28
Azərbaycan stolüstü tennisçiləri Olimpiya lisenziyalı turnirdə hər iki görüşdə məğlubiyyətə düçar olublar
Nant. Elşən Məmmədov-APA-Sport. Fransanın Nant şəhərində davam edən 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa seçmə turnirində ikinci turun görüşləri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Nəriman Abdullayev və Billurə Eminova keçirdikləri hər iki qarşılaşmada məğlubiyyətə düçar olublar. Kişilərin mübarizəsində A qrupunda yer alan N.Abdullayev çexiyalı Tomas Pavelkanın ardından, estoniyalı Vallot Vaynulaya məğlub olub – 0:4 (8:11, 2:11, 7:11, 5:11). Hazırda 2 xalla sonuncu – dördüncü pillədə qərarlaşan əmyerlimiz qrupda son oyununu Lyubomir Pisteyə (Slovakiya) qarşı keçirəcək.
Qadınların mübarizəsində D qrupunda yer alan B.Eminova da litvalı Ruta Pasauskiene ilə ilk görüşdə olduğu kimi, növbəti qarşılaşmada da uduzub. Bu dəfə Qabriela Fenerlə üz-üzə gələn həmyerlimiz 0:4 (3:11, 8:11, 5:11, 11:13) hesabı ilə məğlub olub. İki turdan sonra axırıncı – dördüncü pillədə yer alan B.Eminova qrupda son görüşünü hollandiyalı Li Hi ilə keçirəcək.
Qeyd edək ki, Pekin Olimpiadasına həm kişi, həm də qadınların mübarizəsində ümumi nəticədə ilk 11-liyə düşən idmançılar lisenziya qazanacaqlar.
0