Azərbaycanın ən titullu güləşçisi Namiq Abdullayev olimpiya lisenziyalı yarışa yenə aparılmayacaq
03.04.2008 - 14:32
“APA-Sport” agentliyinin Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, üç gün davam edəcək turnirdə ölkəmiz 7 mümkün çəkidən 6-da təmsil olunacaq. Yalnız 74 kq çəkidə heç kim çıxış etməyəcək. 55 kq çəkidə çıxış edən Olimpiya çempionu Namiq Abdullayev bu yarışa da aparılmayacaq. Qalan çəkilərdə ölkəmizin şərəfini Namiq Sevdimov (55 kq), Nəbi Hənifəyev (60 kq), Ramazan Abdürrəhmanov (66 kq), İlham Abidov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) qoruyacaq.
Qeyd edək ki, Pekin Olimpiadasına hər çəkidə ilk dördlüyə girən güləşçilər vəsiqə qazanacaqlar.
Qeyd edək ki, Pekin Olimpiadasına hər çəkidə ilk dördlüyə girən güləşçilər vəsiqə qazanacaqlar.
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0