Azərbaycan atletləri Ukrayna və Rusiyada uzunmüddətli təlim-məşq toplanışı keçəcəklər
07.04.2008 - 17:26
Bakı. Kənan Həsənov-APA-Sport. Atletika üzrə Azərbaycan milli komandasının üzvləri ölkə xaricində uzunmüddətli təlim-məşq toplanışı keçəcəklər. “APA-Sport” agentliyinin Gənclər və İdman Nazirliyinin mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, yığmamızın üzvü Ceyhun Hüseynov məşqçi Roman Baxşıyevin rəhbərliyi altında mayın 5-dək Ukraynanın Donetsk şəhərində hazırlıq keçəcək. 15 atletimiz isə Rusiyanın Kislovodsk şəhərinə ezam olunub. Aprelin 28-dək davam edəcək hazırlıq prosesində Anar Yusifov (4x400 m), Valentin Bulıçev (400 m), Aqil Paşayev (uzunluğa tullanma), Pavel Setin (200, 400 m), Sergey Boçkov (üç təkanla tullanma), İbrahim Əhmədov (400, 4x400 m), Ruslan Panasenko (üç təkanla tullanma), Dmitri Çumıçkin (400, 4x100 m) və Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanan Ramil Quliyevlə (100, 200 m) Ruslan Abbasov (100, 200 m) iştirak edəcəklər.
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
0
0