Azərbaycan boksçusu Rahib Bəylərov Pekin olimpiadasına lisenziya qazanmaq şansını itirib
08.04.2008 - 10:04
Bakı. Kənan Həsənov-APA-Sport. Yunanıstanın paytaxtı Afinada beynəlxalq boks turnir start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, Pekin olimpiadasına sonuncu lisenziya xarakterli yarışın ilk günündə Azərbaycan boksçusu Rahib Bəylərov (75 kq) rinqə çıxıb. Belaruslu Nikolay Vesilovla qarşılaşan təmsilçimiz məğlub olaraq, lisenziya qazanmaq şansını itirib. Nəriman Abdullayevin başçılıq etdiyi milli komandamız digər üzvləri ilk döyüşlərini bu gün və sabah keçirəcəklər. Ceyhun Abıyev (48 kq) Fərhad Pəhləvanla (Türkiyə), Rəhim Nəcəfov (54 kq) Xavatsi Xatsiqovla (Belarus), Romal Amanov (60 kq) Ross Henki (İrlandiya) ilə, Fərhad Acalov (64 kq) Gevork Qalstyanla (Yunanıstan), Tofiq Əhmədov (69 kq) Manuel Ernesti (İtaliya) ilə, Elnur Qədirov (81 kq) Qzim Tahiri (Avstriya) ilə, Elçin Əlizadə (91 kq) Aleksandr Povernovla (Almaniya), Azər Məmmədov (+91 kq) isə Kristian Qlokanla (Rumıniya) qarşılaşacaq.
Turnirin reqlamentinə əsasən, 54, 69 və 75 kq çəki dərəcəsində ilk üç, digər çəkilərdə ilk iki yeri tutanlar lisenziya qazanacaq.
Turnirin reqlamentinə əsasən, 54, 69 və 75 kq çəki dərəcəsində ilk üç, digər çəkilərdə ilk iki yeri tutanlar lisenziya qazanacaq.
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0