Teymur Rəcəbovun komandası Rusiya çempionatında uduzub
08.04.2008 - 10:26
Bakı. Kənan Həsənov - APA-Sport. Soçi şəhərində təşkil edilən şahmat üzrə klublararası Rusiya Premyer Liqasında 6-cı turun oyunları baş çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının lideri Teymur Rəcəbovun çıxış etdiyi iddialı “Ural” ardıcıl beş qələbədən sonra “64” komandasına 2,5:3,5 hesabı ilə məğlub olub. T.Rəcəbov bu görüşdə iştirak etməyib. 10 xalla liderliyini davam etdirən “Ural” növbəti görüşünü sabah Vüqar Həşimovun şərəfini qoruduğu “Şatar Metropol”a qarşı keçirəcək. Hesabında 8 xal olan və ikinci yeri tutan “Şatar-Metropol” da hesabat turunda “Ekonomist-SQSEU-1” klubuna 2,5:3,5 hesabı ilə uduzub. V.Həşimov rusiyalı Yevgeni Alekseyevlə heç-heçə edib. Şəhriyar Məmmədyarovun lideri olduğu “Spasio-Swis” klubu isə FİNEK komandası ilə xalları yarı bölüb. Şahmatçımız çexiyalı David Navaraya məğlub olub. Hesabında 5 xal olan və 8-ci pillədə qərarlaşan “Spasio-Swis” sabah “64” klubu ilə oynayacaq.
Qeyd edək ki, 12 komandanın dairəvi sistemlə mübarizə apardığı Premyer-liqa aprelin 14-də başa çatacaq. Reqlamentə əsasən, ilk dörd yeri tutacaq klublar Avropa çempionatında çıxış etmək hüququ qazanacaq.
Qeyd edək ki, 12 komandanın dairəvi sistemlə mübarizə apardığı Premyer-liqa aprelin 14-də başa çatacaq. Reqlamentə əsasən, ilk dörd yeri tutacaq klublar Avropa çempionatında çıxış etmək hüququ qazanacaq.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
0
0