Azərbaycanın ən güclü cüdoçusu Rusiyanın “Yavara-Neva” klubuna transfer olunub
08.04.2008 - 11:21
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan cüdoçusu Elnur Məmmədli Rusiyanın “Yavara-Neva” klubuna transfer olunub. Bu haqda “APA-Sport” agentliyinə Elnur Məmmədli özü məlumat verib. Son iki ildə Türkiyənin “İstanbul BB” klubunun şərəfini qorumuş idmançı bu komandadan gedişinin səbəbini belə izah edib: “İstanbul komandasında perspektiv yox idi. Son Avropa çempionatındakı uğursuzluqdan sonra klub fəaliyyətini, demək olar, tam dayandırdı. Bu səbəbdən daha adlı-sanlı komandaya keçmək qərarına gəldim”. 19 yaşlı cüdoçu “Yavara-Neva” ilə 1 illik müqavilə bağlayıb. 73 kq çəki dərəcəsində yarışan dünya çempionatının gümüş medalçısı yeni komandasında milli komandadakı yoldaşı Elçin İsmayılovla birgə çıxış edəcək. Ötən il E.İsmayılov (66 kq) “Yavara-Neva”nın heyətində Avropa çempionu titulunu qazanıb. Rusiya klubu ilə müqavilənin şərtlərinə əsasən, E.Məmmədli payızda keçiriləcək qitə birinciliyində hər qələbəyə görə 3000 ABŞ dolları əldə edəcək. Bundan başqa, komanda çempion olacağı təqdirdə, rəhbərlik 50000 dollar mükafat ayıracaq ki, bunun da bir hissəsi həmyerlimizə çatacaq.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0