Eduard Məmmədov avqustda növbəti kəmər uğrunda döyüş keçirəcək
08.04.2008 - 14:58
Bakı. Elşən Məmmədov-APA-Sport. Peşəkar kikboksinq üzrə 60 kq çəkidə “İntercontinental WAKO-Pro” kəmərinin sahibi Eduard Məmmədov Avropa və dünya kəmərləri uğrunda döyüşlər keçirəcək. Bu haqda “APA-Sport” agentliyinə E.Məmmədovun özü məlumat verib. Həvəskar kikboksçular arasında 7 qat dünya çempionunun sözlərinə görə, avqustda Bakıda təşkili planlaşdırılan gecədə qitə və ya dünya kəməri uğrunda mübarizə aparacaq: “Əslində, Avropa kəməri “İntercontinental WAKO-Pro”dan aşağı səviyyəli sayılır. Lakin mən bütün kəmərləri qazanmaq istəyirəm. Ona görə də dünya ilə yanaşı, qitə kəmərini də götürmək istəyirəm. Federasiyamızın rəhbərliyi avqustda növbəti peşəkar kikboksinq gecəsi təşkil etməyi planlaşdırır. Yəqin ki, həmin gecədə azarkeşlər mənim hər hansı kəmər uğrunda döyüşümü də izləyəcəklər”. E.Məmmədov, həmçinin “İntercontinental WAKO-Pro” kəmərinin müdafiəsi uğrunda daha bir döyüş keçirməyə hazır olduğunu bildirib: “Ötən ilin dekabrında qazandığım kəməri martın 30-da qorumuşam. Kəmərimi əlimdən almaq istəyən başqa idmançı olarsa, onunla da döyüşməyə hazıram”.
- Zaur Əliyev: “Kürü keçək?!” yarışını gələcəkdə beynəlxalq səviyyədə təşkil etmək niyyətindəyik”
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı yekunlaşıb - FOTO
- Natiq Fazilov: “Məqsədimiz MDB Oyunlarında ən azı iki medal qazanmaqdır”
- Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər”
- Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyinin final mərhələsi keçirilir - FOTO
0
0