Avropa çempionatında Azərbaycanın 7 güləşçisindən dopinq-test götürülüb
08.04.2008 - 15:43
Bakı. Elşən Məmmədov-APA-Sport. Finlandiyanın Tampere şəhərində başa çatan Avropa çempionatında Azərbaycanın 7 güləşçisindən dopinq-test götürülüb. Bu haqda “APA-Sport” agentliyinə Güləş Federasiyasında milli komandaların rəisi Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə, sərbəst, yunan-Roma və qadın güləşi üzrə keçirilən yarışlar nəticəsində hər çəkidə mükafatçılar sırasına düşən dörd pəhləvan dopinq yoxlamasına cəlb edilib: “Digər mükafatçılar kimi, Azərbaycan güləşçiləri də dopinq-testlərdən kənarda qalmayıblar. Avropa çempionları Mariya Stadnik və Rövşən Bayramov, vitse-çempion Elvira Mürsəlova, həmçinin, bürünc medal sahibləri Emin Əzizov, Çamsulvara Çamsulvarayev, Novruz Temrezov və Əli İsayevin orqanizmində yoxlama aparılıb”. Y.Məmmədov hələlik yoxlamanın nəticələrinin məlum olmadığını vurğulayıb.
Qeyd edək ki, indiyədək güləşçilərimizdən Xızır Durqayev (120 kq) və Hüsaməddin Rəcəbov (66 kq) dopinq-testdən keçə bilməyiblər. Hər iki idmançı iki illik diskvalifikasiyaya məruz qalıb. H.Rəcəbov artıq cəzasını çəkib qurtarsa da, X.Durqayev gələn ilin aprelindən döşək üzərinə çıxa biləcək.

- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
0
0