İspaniya milli komandası Bakıya gəlib
08.04.2008 - 16:02
Bakı. Aqşin Əliyev - APA-Sport. Qadın otüstü hokkeyçilərdən ibarət İspaniya yığması lisenziya xarakterli beynəlxalq turnirdə iştirak etmək üçün Bakıya təşrif buyurub. “APA-Sport” agentliyinin məlumatına görə, Pireney yarımadası təmsilçiləri bu gün Respublika Otüstü Hokkey Kompleksində ilk məşqə çıxıblar. Gündə iki dəfə məşq edəcək ispaniyalılar “Park İnn” otelində məskunlaşıblar. İspaniyadan sonra ardıcıllıqla Ukrayna, Belarus, Çili və Keniya paytaxtımıza gələcək. Milli komandamızın da qatılacağı yarış 12-20 aprel aralığında keçiriləcək.
Qeyd edək ki, beynəlxalq turnirin qalibi Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
Qeyd edək ki, beynəlxalq turnirin qalibi Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
0
0