“Çelsi” və “Liverpul” son dörd mövsümdə üçüncü dəfə Çempionlar Liqasının yarımfinalında qarşılaşacaq
09.04.2008 - 10:21
Bakı. Mehman Süleymanov – APA-Sport. UEFA-nın Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinə yüksələn klublardan ikisi bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, ilk yarımfinal cütünü cavab görüşlərində iki top fərqi ilə qələbə qazanan İngiltərə təmsilçiləri təşkil edib. “Çelsi” İstanbulda “Fənərbaxça” ilə ilk oyunda aldığı məğlubiyyətin əvəzini öz meydanında çıxıb. London klubu matçın əvvəlində və sonunda vurduğu qollarla qələbə qazanıb. Bununla da tarixində ilk dəfə ÇL-nin ¼ final mərhələsində oynayan “Fənərbaxça” mübarizəni dayandırıb. “Çelsi”nin yarımfinalda rəqibi yenə “Liverpul” olacaq. Liverpul şəhərinin eyni adlı komandası həmyerliləri “Arsenal”la görüşdə yarımfinala çıxmaq vəzifəsini sona 7 dəqiqə qalmış vurduğu iki qolla yerinə yetirib. “Çelsi” ilə “Liverpul” son dörd mövsümdə üçüncü dəfə ÇL-nin yarımfinalında qarşılaşacaq.
“Çelsi” (İngiltərə) – “Fənərbaxça” (Türkiyə) – 2:0 (ilk oyun – 1:2)
Mixael Ballak, 7 Frank Lempard, 87
“Liverpul” (İngiltərə) – “Arsenal” (İngiltərə) – 4:2 (1:1)
Sami Hyuyupya, 30, Fernando Torres, 69, Stiven Cerrard, 85 - penaltiylə, Rayan Babel, 90+2 – Abu Diabi, 13, Emmanuel Adebayor, 84
Digər yarımfinalçılar bu gün keçiriləcək “Barselona” (İspaniya) – “Şalke” (Almaniya) və “Mançester Yunayted” (İngiltərə) – “Roma” (İtaliya) oyunlarından sonra bəlli olacaq.

- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
0
0