Fərid Mansurovla Rövşən Bayramov Pekin Yay Olimpiya Oyunlarına xüsusi proqramla hazırlaşacaqlar
09.04.2008 - 12:20
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın yunan-Roma güləşçiləri Fərid Mansurovla Rövşən Bayramov lisenziya qazandıqları 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına xüsusi proqramla hazırlaşacaqlar. Bu haqda “APA-Sport” agentliyinə milli komandamızın baş məşqçisi Elçin Cəfərov məlumat verib. Onun sözlərinə görə, xüsusi proqram üzrə hazırlıq prosesi 9 – 11 mayda İtaliyanın paytaxtı Roma və 23 – 25 mayda Serbiyanın Novi Sad şəhərində keçiriləcək Olimpiya təsnifat turnirlərindən sonra başlanılacaq. Qarşıdakı lisenziya turnirlərində yenə Pekinə vəsiqə qazanan pəhləvanlar olacağı təqdirdə, onlar da F.Mansurov və R.Bayramovla birgə hazırlıq prosesinə qoşulacaqlar: “Biz çalışacağıq ki, Olimpiadaya hazırlaşan idmançılara diqqətimiz daha çox olsun. Fərid Mansurov və Rövşən Bayramovu qarşıdakı lisenziya turnirlərinə aparmayacağıq. Onları Olimpiadayadək 1, maksimum 2 turnirdə sınayacağıq”.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
0
0