Şahdağ massivində 4042 metr hündürlükdə olan zirvəyə Azərbaycan prezidenti İlham Əliyevin adı verilib
09.04.2008 - 17:54
Bakı. Elşən Məmmədov-APA-Sport. Böyük Qafqazın Şahdağ massivində 4042 metr hündürlükdə olan zirvəyə Azərbaycan prezidenti İlham Əliyevin adı verilib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (AHEİNF) “APA-Sport” agentliyinə verilən məlumata görə, Şahdağ massivinə üç gün davam etmiş yürüşə AEİNF prezidenti, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və federasiyanın digər üzvləri qatılıblar. Zirvə fəth edilən zaman orada piramida formasında, hündürlüyü 60, eni 70 sm olan bürünc materialdan hazırlanmış, üst tərəfdə bayraq üzərində “İlham zirvəsi”, yan tərəfdə 4042 m zirvə, Azərbaycan Respublikası prezidenti zati-aliləri İlham Əliyev cənabları şərəfinə adlandırılıb” sözləri yazılmış lövhə qoyulub.
Qeyd edək ki, bir neçə il öncə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən zirvəyə mərhum prezident Heydər Əliyevin adı verilib. Yeni fəth olunan zirvədən H.Əliyev zirvəsi aydın görünür.
Qeyd edək ki, bir neçə il öncə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən zirvəyə mərhum prezident Heydər Əliyevin adı verilib. Yeni fəth olunan zirvədən H.Əliyev zirvəsi aydın görünür.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
0
0