Teymur Rəcəbov Rusiya çempionatında Vüqar Həşimova qalib gələ bilməyib
10.04.2008 - 10:31
Bakı. Kənan Həsənov-APA-Sport. Soçi şəhərində təşkil edilən şahmat üzrə klublararası Rusiya çempionatında 7-ci turun oyunları baş çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının lideri Teymur Rəcəbovun çıxış etdiyi iddialı “Ural” klubu Vüqar Həşimovun şərəfini qoruduğu “Şatar-Metropol”la qarşılaşıb. Birinci lövhədə oynayan həmyerlilərimizin duelində qalib müəyyənləşməyib. Komandalar arasında görüşdə isə 3:3 hesabı qeydə alınıb. Yeddi oyundan 11 xal toplayaraq liderliyini davam etdirən “Ural” bu gün “Yujnıy Ural”la qarşılaşacaq. 9 xalla beşinci pillədə yer alan “Şatar-Metropol” isə “64” klubu ilə oynayacaq. Şəhriyar Məmmədyarovun lideri olduğu “Spasio-Swis” klubu 7-ci tur çərçivəsində məhz “64” komandasına 4:2 hesabı ilə qalib gəlib. Üçüncü lövhədə oynayan qrossmeysterimiz rusiyalı Yan Nepomnyaşini məğlub edib. Hesabında 7 xal olan və 8-ci pillədə qərarlaşan “Spasio-Swis” növbəti görüşünü “Ekonomist-SQSEU-2” klubuna qarşı keçirəcək.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0