Azərbaycan güləş yığmasının baş məşqçisi mətbuat konfransında huşunu itirib - YENİLƏNİB
10.04.2008 - 15:41
Səhhəti qəflətən pisləşdiyindən, sabiq Avropa çempionunu dərhal konfrans zalından çıxarıblar. Baş məşqçi təcili evinə göndərilib və ona ilkin tibbi yardım göstərilib. N.Əlicanov “APA-Sport” agentliyinə verdiyi açıqlamada üzləşdiyi hadisəni hərarətinin qalxması ilə əlaqələndirib: “Hələ Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatında soyuqlamışdım. Bura gəldikdən sonra hərarətim yüksəlmişdi. Lakin əhəmiyyət vermirdim. Belə xoşagəlməz olayla üzləşəcəyimi özüm də gözləmirdim”. Baş məşqçi hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb.
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
0
0