Azərbaycan nümayəndələri Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinə namizədliyini verəcək
10.04.2008 - 16:06
Bakı. Elşən Məmmədov-APA-Sport. Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) İcraiyyə Komitəsində Azərbaycan nümayəndələri də təmsil oluna bilər. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev məlumat verib. Onun sözlərinə görə, avqustda start götürəcək Pekin Yay Olimpiya Oyunları öncəsi FİLA-nın Konqresi keçiriləcək. Toplantıda qurumun prezidenti, vitse-prezidenti və İcraiyyə Komitəsi üzvlərinin seçkisi olacaq: “Seçkinin gedişində Azərbaycan nümayəndələrinin FİLA-nın İcraiyyə Komitəsində təmsil olunma məsələsi gündəmə gələ bilər. Konkret olaraq, bir neçə namizədimiz var. Bunlar federasiyamızın prezidenti Fazil Məmmədov da, mən də, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, sərbəst güləş üzrə dünya çempionu Xəzər İsayev də ola bilər”.
- Bakıda sumo əfsanəsi ilə görüş keçirilib - FOTO
- Federasiya Kuboku yarışının qalibləri müəyyənləşib
- Mingəçevirdə “Kürü keçək?!“ açıq suda üzmə yarışı başa çatıb - FOTO
- Zaur Əliyev: “Kürü keçək?!” yarışını gələcəkdə beynəlxalq səviyyədə təşkil etmək niyyətindəyik”
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı yekunlaşıb - FOTO
0
0