Azərbaycan karateçiləri sabah “Bosfor” kubokunda mübarizəyə başlayacaqlar
10.04.2008 - 18:27
İstanbul. Elşən Məmmədov-APA-Sport. Sabah Türkiyənin İstanbul şəhərində karate üzrə XXI beynəlxalq “Bosfor” turniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, üç gün davam edəcək turnirdə Azərbaycanı 24 idmançı təmsil edəcək. Karateçilərimizdən 13-ü – Qurban Tağıyev (60 kq), Pərvin Əliyev, Niyazi Əliyev (hər ikisi 65 kq), İsrafil Şirinov, Polad Ramazanov (hər ikisi 70 kq), Vüqar Şirinov, Emin Heydərov, Mehman Eynalov (hər üçü 75 kq), Famil Səfiyev, Amal Atayev, Ceyhun Ağasıyev (hər üçü 80 kq), Ceyhun Əliyev, Müşfiq Cəbrayılov (hər ikisi +80 kq) fərdi kumite döyüşlərinə qatılacaq. Kata yarışlarında kişilərdən Aydın Səfərov, Elçin Məmmədov və Yasin İsmayılov, qadınlardan isə Adilə Qurbanova və Günay Səfərova mübarizə aparacaq. Musa Musayev, Elvin Eyvazov və Tural Balcanlı komanda kata stilində qüvvəsini sınayacaq. Gülnarə Musayeva (53 kq), Cəmilə Məmmədova (60 kq) və Elmira Babayevanın (+60 kq) isə qadınların komanda kumite döyüşlərində iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, “Bosfor” turniri karateçilərimiz üçün 2-4 mayda Estoniyanın paytaxtı Tallində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq.
Qeyd edək ki, “Bosfor” turniri karateçilərimiz üçün 2-4 mayda Estoniyanın paytaxtı Tallində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq.
0
0