Beynəlxalq Otüstü Hokkey Federasiyasının meneceri: “İspaniya və Azərbaycan yığmaları səviyyəcə bir-birinə yaxındır”
11.04.2008 - 12:40
Bakı. Kənan Həsənov – APA-Sport. “Təsnifat turnirinə qatılacaq altı komanda da güclüdür. Amma reytinqə əsasən, favorit İspaniyadır. Bu səbəbdən onların qələbə qazanmaq şansı daha yüksək qiymətləndirilir. Amma idmanda reytinq əsas rol oynamır. Vəsiqənin taleyinə meydanda aydınlıq gələcək”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Beynəlxalq Otüstü Hokkey Federasiyasının (FİH) yarışlar üzrə meneceri Dennis Meredit söyləyib. FİH rəsmisi öz fikrini komandaların heyətində baş verən dəyişikliklərlə əsaslandırıb: “Ötən il Mançesterdə keçirilən Avropa çempionatında İspaniya Azərbaycan yığmasına qalib gəlmişdi. Amma hazırda hər iki komandaların heyətində dəyişiklik var. Bu yığmalar səviyyə baxımından bir-birinə yaxındır”.
Tədbirdə çıxış edən Olimpiya Təsnifat turnirinin direktoru Karola Meyer isə təşkilatçılıq məsələlərinə toxunub: “Ötən il də Bakıya gəlmişdim. Onda da indi də təşkilatçılığın yüksək səviyyədə olduğunu deməliyəm. Azarkeşlərin möhtəşəm turnir izləyəcəyinə ümid edirəm”.
Tədbirdə çıxış edən Olimpiya Təsnifat turnirinin direktoru Karola Meyer isə təşkilatçılıq məsələlərinə toxunub: “Ötən il də Bakıya gəlmişdim. Onda da indi də təşkilatçılığın yüksək səviyyədə olduğunu deməliyəm. Azarkeşlərin möhtəşəm turnir izləyəcəyinə ümid edirəm”.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0