Azərbaycanın qadın güləşi üzrə milli komandasına daha bir əcnəbi cəlb olunub
11.04.2008 - 12:00
Azərbaycanın qadın güləşi üzrə milli komandasına daha bir əcnəbi cəlb olunub
20 yaşlı güləşçi hələ 1-6 apreldə Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatı öncəsi yığmamızın düşərgəsinə qoşulub. Lakin o, qrip xəstəliyinə yoluxduğu üçün qitə birinciliyinə aparılmayıb. Baş məşqçi 51 kq çəkidə çıxış edəcək N.Qradnyukun bu il gənclər arasında Avropa və dünya çempionatlarına qatıla biləcəyini açıqlayıb. N.Əlicanov artıq bu keçidlə bağlı Ukrayna tərəfinin də razılığının alındığını bildirib: “Nadejda indiyədək öz ölkəsinin yığma komandasına düşə bilməyib. Bu səbəbdən, onun millimizdə çıxışı üçün heç bir problem ortaya çıxmayacaq”. Gənc mütəxəssis eyni çəkidə yığmamıza yerli güləşçi Laura Məmmədovanın da cəlb olunduğunu söyləyib: “Laura əslən Bərdə rayonundandır. Qadın güləşinə öz arzusu ilə gəlib. Məşqçi Mətanət Süleymanovanın rəhbərliyi altında məşq edir. Onu yığmamızın qarşıdakı təlim-məşq toplantılarında sınamaq niyyətindəyik”.


0