Azərbaycan güləş yığması Zaqatala Olimpiya Kompleksində təlim-məşq toplantısı keçəcək
11.04.2008 - 13:19
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın qadın güləşi üzrə yığma komandası Zaqatala Olimpiya Kompleksində təlim-məşq toplantısı keçəcək. Bu haqda “APA-Sport” agentliyinə millimizin baş məşqçisi Nazim Əlicanov məlumat verib. Onun sözlərinə görə, aprelin 20-də başlanacaq hazırlıq prosesinə 10 idmançı – Mariya Stadnik (48 kq), Laura Məmmədova, Nadejda Qradnyuk (hər ikisi 51 kq), Alyona Komarova (55 kq), Sona Əhmədli, Elvira Mürsəlova (hər ikisi 59 kq), Olesya Zamula (63 kq), Mariya Kaçina (67 kq), Dina İvanova, Zümrüd Qurbanhacıyeva (hər ikisi 72 kq) qatılacaq. N.Əlicanov bildirib ki, 10 gün davam edəcək toplanış qarşıdakı mötəbər yarışlara hazırlıq xarakteri daşıyacaq: “16-17 mayda Kanadanın Edmonton şəhərində 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq turnir keçiriləcək. Həmin yarışda ölkəmizi 4 mümkün çəkidən yalnız birində – 72 kq-da Zümrüd Qurbanhacıyeva təmsil edəcək. Zümrüd Edmontonda öz çəkisində ilk “dördlüy”ə düşərək, Olimpiya Oyunlarına vəsiqə qazana bilməsə, 31 may – 1 iyunda İsveçin Haparanda şəhərində təşkil olunacaq növbəti lisenziya turnirinə qatılacaq. Bu turnirdə isə lisenziya hər çəkidə ilk 3 yeri tutanlara veriləcək. Bununla yanaşı, güləşçilərimizin əksəriyyəti 15 – 20 iyulda Slovakiyanın Koşitse şəhərində baş tutacaq Avropa çempionatında, 29 iyul – 3 avqustda isə Türkiyənin İstanbul şəhərində keçiriləcək dünya çempionatında qüvvələrini sınayacaqlar”.
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
0
0