Azərbaycan cüdoçusu Kifayət Qasımova Avropa çempionatının yarımfinalına yüksəlib - FOTOSESSİYA
11.04.2008 - 16:40
C qrupunda yer alan R.Qasımov ilk görüşündə macarıstanlı Mikloş Unqvariyə əlavə vaxtda uduzub. M.Unqvari qrupun həlledici görüşündə qələbə qazandığından, həmyerlimiz təsəlliverici görüşlərə qatılıb. R.Qasımovun bürünc medal uğrunda mübarizədə ilk sınağı Filip Sarafova (Makedoniya) qarşı olub. Həmyerlimiz 3 dəqiqə 5-ci saniyədə ippon fəndi işlədərək, qarşılaşmanı təmiz qələbə ilə başa vurub. Onun növbəti rəqibi isə Denis Kozlov (Latviya) olub. R.Qasımov bu sınaqdan da qalib ayrılıb – 3:0. Cüdoçumuzun üçüncü təsəlliverici görüşdə Alim Qadanovla (Rusiya) üz-üzə gəlib və 14-cü saniyədə ippon fəndinə düşərək bürünc medal qazanmaq şanısını itirib.
Qadınların mübarizəsində B qrupunda yer alan K.Qasımova ilk görüşdə Radmila Perişiçi (Serbiya), sonra isə Yuliya Bezkonu (Estoniya) yenərək, yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz finala çıxmaq üçün Avropa Cüdo İttifaqının son reytinq cədvəlində I pillədə yer alan Sabrina Filzmoseri (Avstriya) məğlub etməlidir.
Sabah isə Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq) və Ramilə Usubova (63 kq) mübarizəyə qoşulacaq. A qrupunda yer alan E.Məmmədli ilk görüşünü İliya Vukotiç (Çernoqoriya), M.Əzizov Robert Kravçiklə (Polşa), B qrupunda qərarlaşan R.Usubova isə Deya Milyetiçə (Bosniya və Hersoqovina) qarşı keçirəcək.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0