Azərbaycan üzgüçüləri dünya çempionatının təsnifat mərhələsini adlaya bilmirlər
11.04.2008 - 16:51
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan üzgüçüləri İngiltərənin Mançester şəhərində keçirilən IX dünya çempionatında uğursuzluğa düçar olublar. “APA-Sport” agentliyinin məlumatına görə, Vaqif Nəsibovun rəhbərlik etdiyi milli komandamızın üzvləri bu nüfuzlu yarışın üçüncü günündə də təsnifat mərhələsində mübarizəni dayandırıblar. Oksana Hətəmxanova 100 m məsafəyə brass üsulu üzrə üzməkdə 35-ci yeri tutub. Qadın millimizin digər üzvü, 100 m məsafəyə sərbəst üsulla yarışda 44-cü olan Natalya Filina sabah eyni növdə 50 m məsafəyə üzəcək. Yarışın ikinci günündə iki məsafədə (50 m sərbəst üsul və 100 m arxasıüstə) müvafiq olaraq 86-cı və 53-cü yeri tutan T.Abbasov, arxasıüstə 50 m məsafəni 49-cu pillədə başa vurub. Həmyerlimiz eyni növdə 50 m məsafəyə baterflyay üzrə yarışda isə 68-ci olub. 50 m məsafəyə sərbəst üsulla mübarizədə 62-ci olan Teymur Quliyev isə bu məsafəyə baterflyay üzrə üzməkdə 47-ci yeri tutub. 20 yaşlı üzgüçümüz sabah 100 m məsafəyə sərbəst üsulla mübarizə aparacaq.
Qeyd edək ki, O.Hətəmxanova ilə T.Abbasov güzəştli kart sayəsində Pekin Yay Olimpiya Oyunlarında çıxış edəcəklər.
Qeyd edək ki, O.Hətəmxanova ilə T.Abbasov güzəştli kart sayəsində Pekin Yay Olimpiya Oyunlarında çıxış edəcəklər.
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
0
0