Azərbaycan taekvondoçuları Avropa çempionatının ikinci günündə medal qazana bilməyiblər
12.04.2008 - 12:06
Roma. Kənan Həsənov - APA-Sport. İtaliyanın paytaxtı Romada keçirilən kişi və qadınlar arasında taekvondo üzrə Avropa çempionatı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın ikinci günündə daha üç Azərbaycan taekvondoçusu mübarizəyə qatılıb. 54 kq çəki dərəcəsində çıxış edən Vüqar Kərimov ilk görüşdə İvan Zrinusiçə (Bosniya və Herseqovina), Yelena Abbasova (67 kq) isə Petra Matiyseviçə (Xorvatiya) məğlub olub. Digər təmsilçimiz Rövşən Məmmədov (62 kq) müvafiq ardıcıllıqla Yusif Şimala (Finlandiya) və Xose Luis Mendes Ximenesə (İspaniya) qalib gəlib. Amma növbəti görüşdə ingiltərəli Martin Stamperə uduzan təmsilçimiz fəxri kürsüyə yüksələ bilməyib.
Qeyd edək ki, çempionatın ilk günündə 58 kq çəkidə çıxış edən Elnur Amanov birinci yeri tutub. Ötənilki dünya çempionatının gümüş mükafatçısı Təvəkkül Bayramovla (84 kq) Leyla Yusubova (51 kq) ilk görüşdə mübarizəni dayandırıb. Şəhrun Yusifova (47 kq) isə ¼ finalda uduzub. Bu gün və sabah İlkin Şahbazov (67 kq), Niyaməddin Paşayev (72 kq), Elvin Məmmədov (78 kq), Vüqar Məcidov (+84 kq), Nigar Hacıyeva (55 kq), Səbinə Mikayılova (59 kq) və Günay Ağakişiyeva (63 kq) tatami üzərinə çıxacaqlar.

0
0