Avropa çempionatı, II gün. Mehman Əzizov Pekin olimpiadasına lisenziya qazanıb - YENİLƏNİB
12.04.2008 - 19:07
Öncə dünya çempionatının gümüş mükafatçısı Elnur Məmmədli (73 kq) qüvvəsini sınayıb. İki il əvvəl Avropa çempionu titulunu qazanmış həmvətənimiz bu dəfə eyni uğuru təkrarlaya bilməyib. Buna cudoçumuzun ikinci mərhələdə uduzması səbəb olub. Hərçənd, 19 yaşlı idmançı uğurlu start götürüb və çernoqoriyalı İliya Vukotiçi məğlub edib. Lakin Daniel Fernandesin öhdəsindən gəlmək mümkün olmayıb. Böyük üstünlüyünə malik E.Məmmədli görüşün başa çatmasına 24 saniyə qalmış ippon fəndinə düşüb. Həmçinin, milli komandamızın üzvü təsəlliverici mərhələyə də qatıla bilməyib. Çünki onun uduzduğu D.Fernandes 1/4 finalda gürcüstanlı David Kevkişviliyə məğlub olub.
Digər cüdoçularımızdan Mehman Əzizov (81 kq) ilk mərhələdə məğlubiyyət acısı dadıb. O, polşalı Robert Kravçikə uduzub. Rəqib növbəti görüşdən məğlub ayrıldığı üçün M.Əzizov təsəlliverici mərhələdə güləşmək şansını da itirib. Qadınların mübarizəsində isə Ramilə Usubova (63 kq) cəmi bir qələbə ilə kifayətlənib. Dea Milyetiçə (Bosniya və Hersoqovina) qalib gələn xanım cüdoçumuz Sara Klarkla (Böyük Britaniya) bacarmayıb. Buna baxmayaraq, S.Klark yarımfinala yüksəldiyi üçün R.Usubova da təsəlliverici mərhələdə çıxış etmək şansı qazanıb. Ancaq burada da həmyerlimiz uğursuzluğa düçar olub. Belə ki, yunanıstanlı İoluetta Boukouvala onu mübarizədən kənarlaşdırıb. Beləliklə, Avropa çempionatının ikinci günündə tatami üzərinə çıxan hər 3 cüdoçumuz medalsız qalıb. Bundan başqa, R.Usubova Pekin olimpiadasına lisenziya qazana bilməyib. M.Əzizov isə Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib. Onun əsas rəqibləri yüksək nəticə göstərə bilmədikləri üçün 32 yaşlı idmançımız ümumilikdə 108 xal toplayaraq, reytinq cədvəlində ilk “doqquzluq”da yer alıb.
Qeyd edək ki, qitə birinciliyinin ilk günündə Kifayət Qasımova 3-cü, Ramil Qasımov isə 7-ci yeri tutmuşdu. İndiyədək M.Əzizovla yanaşı, K.Qasımova, R.Qasımov və E.Məmmədli də Pekin olimpiadasına lisenziya əldə edib.

0
0