Azərbaycan gimnastları Portuqaliyada dünya kubokunda iştirak edəcəklər
14.04.2008 - 11:51
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycan bədii gimnastları aprelin 17-də Portuqaliyanın Portimau şəhərində start götürəcək dünya kubokunun növbəti mərhələ yarışında iştirak edəcəklər. Bu haqda “APA-Sport” agentliyinə Gimnastika Federasiyasının mətbuat katibi Şahin Kazımzadə məlumat verib. Onun sözlərinə görə, bu nüfuzlu yarışda ölkəmizi Aliyə Qarayeva, Dinarə Gimatova və Zeynəb Cavadlı təmsil edəcək. Yarışın mükafatları uğrunda, həmçinin Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prosolovadan ibarət qrup hərəkətləri üzrə milli komandamız mübarizə aparacaq. Dünya kuboku çərçivəsində yeniyetmələr arasında təşkil olunacaq beynəlxalq turnirdə isə Samirə Mustafayeva və Səbinə Abbasovanın iştirakı nəzərdə tutulub.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0