İradə Aşumova Dünya kubokunda 35-ci yeri tutub
14.04.2008 - 12:48
Pekin. Aqşin Əliyev-APA-Sport. Çinin paytaxtı Pekində stend və güllə atıcılığı üzrə Dünya kuboku start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan idmançılarından öncə mübarizəyə güllə atıcıları - Afina olimpiadasının bürünc medalçısı İradə Aşumova və Ruslan Lunyov qatılıb. İ.Aşumova 10 metr məsafədə yerləşən hədəflərə atəş açmada uğursuzluğa düçar olub. Veteran idmançımız dörd cəhdin cəmində (94, 94, 92, 98) 378 xal toplamaqla, 70 iştirakçı arasında 35-ci yeri tutub. Gənc oğlanların eyni məsafəyə mübarizəsinə gəlincə, həmyerlimiz Ruslan Lunyov 567 xal (98, 94, 93, 93, 95) toplayıb və yarışı 69-cu pillədə başa vurub.
- "Bakı–Xankəndi" veloyarışına bu gün yekun vurulacaq
- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
0
0