Azərbaycan üzgüçüləri dünya çempionatında uğursuzluğa düçar olublar
14.04.2008 - 12:55
Azərbaycan üzgüçüləri dünya çempionatında uğursuzluğa düçar olublar
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan üzgüçüləri İngiltərənin Mançester şəhərində keçirilən IX dünya çempionatında uğursuzluğa düçar olublar. “APA-Sport” agentliyinin məlumatına görə, Vaqif Nəsibovun rəhbərlik etdiyi milli komandamızın üzvləri mübarizəni təsnifat mərhələsində dayandırıblar. Yarışın sonuncu günündə Natalya Filina 50 m məsafəyə sərbəst üsulla üzməkdə 42-ci nəticə göstərib. Teymur Quliyev isə eyni növdə 100 m məsafəyə yarışda 69-cu olub. Bu üzgüçülər, eləcə də Oksana Hətəmxanova və Tural Abbasov iştirak etdikləri bütün məsafələrdə mübarizəni erkən dayandırıblar.
Qeyd edək ki, O.Hətəmxanova ilə T.Abbasov güzəştli kart sayəsində Pekin Yay Olimpiya Oyunlarında iştirak edəcəklər.
0