Avropa çempionatında çıxış edəcək Azərbaycan samboçuları müəyyənləşib
14.04.2008 - 16:06
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sambo üzrə yığma komandasının aprelin 29-da Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək Avropa çempionatına qatılacaq heyəti müəyyənləşib. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Mübariz İbrahimov məlumat verib. Onun sözlərinə görə, iki gün davam edəcək qitə birinciliyində ölkəmiz bütün 9 çəkidə təmsil olunacaq. M.İbrahimov səbəb kimi hər bir çəki dərəcəsində səviyyəli idmançıların mövcudluğunu və qonşu ölkəyə yol xərcinin xeyli az olmasını göstərib. Yarışın ilk günündə İslam Qasımov (52 kq), Tərlan Kərimov (62 kq), Araz Muxtarov (74 kq), Yasin Həsənov (90 kq) və Vasif Səfərbəyov (+100 kq), ertəsi gün isə Elçin Mayılov (57 kq), Emil Həsənov (68 kq), Zaur Paşayev (82 kq) və Anar Əliyev (100 kq) xalça üzərinə çıxacaq. Samboçularımız Tbilisiyə aprelin 27-də yollanacaqlar.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0