Ceyhun Məmmədov Avropa Sambo Federasiyasının hesabat-seçki konqresinə qatılacaq
14.04.2008 - 16:59
Ceyhun Məmmədov Avropa Sambo Federasiyasının hesabat-seçki konqresinə qatılacaq
Bakı. Elşən Məmmədov-APA-Sport. Aprelin 28-də Gürcüstanın paytaxtı Tbilisidə Avropa Sambo Federasiyasının (ESF) hesabat-seçki konqresi keçiriləcək. İclasda Azərbaycanı Sambo Federasiyasının prezidenti, ESF və Beynəlxalq Həvəskar Sambo Federasiyası İcraiyyə Komitələrinin üzvü Ceyhun Məmmədov təmsil edəcək. Bu haqda «APA-Sport» agentliyinə C.Məmmədovun özü məlumat verib. Onun sözlərinə görə, toplantıda ESF-nin yeni prezidenti, baş katibi, I vitse-prezidenti və vitse-prezidentləri seçiləcək. Qitə sambo qurumuna rəhbərlik uğrunda hazırkı prezident, Rusiya Sambo Federasiyasının başçısı Sergey Yeliseyev və Çexiya Sambo Federasiyasının prezidenti Pavel Qorodnov mübarizə aparacaq. C.Məmmədov, həmçinin ESF İcraiyyə Komitəsinə yenidən namizədliyi ilə bağlı qəti qərara gəlmədiyini bildirib: «Bu haqda iclasın gedişində qəti qərar qəbul edəcəyəm. Əlbəttə, qitə sambo qurumunda təmsil olunmağımın ölkəmiz üçün də böyük önəmə malikdir. Həm Yeliseyev, həm də Qorodnovla gözəl münasibətlərimiz var. Amma hər şey dörd il müddətinə seçiləcək yeni prezidentdən asılı olacaq».
0