Avropa çempionatında Azərbaycanı 14 pauerliftinqçi təmsil edəcək
23.04.2008 - 17:13
Bakı. Aqşin Əliyev - APA-Sport. Mayın 11-də Çexiyanın Nove Bor şəhərində pauerliftinq və benç-press üzrə Avropa çempionatı start götürəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin sözlərinə görə, yarışda ölkəmizin şərəfini 14 idmançı qoruyacaq. Belə ki, pauerliftinqdə Elmir Tanrıverdiyev (60 kq), Yalçın Bağırov (75 kq), Bəxtiyar Quliyev (110 kq) və Rüfət Ağayev (125 kq) qüvvəsini sınayacaq. Benç-pressdə isə İlham Allahverdiyev (67,5 kq), Ramin Rzayev, Sərxan Əliyev (hər ikisi 75 kq), Namiq Cəfərov, Bayram Əliyev (hər ikisi 82 kq), Mustafa Əhmədov (90 kq) və İbrahim İbrahimov (100 kq) çıxış edəcək. Yığmanın üç üzvü - Rüstəm Musayev (67,5 kq), Vüsal Mərdanov (100 kq), eləcə də xanım idmançımız Rəna Əliyeva (56 kq) hər iki növdə mübarizə aparacaqlar. Qitə çempionatı mayın 18-dək davam edəcək.
0
0