Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov Qran-Pri turnirinin üçüncü turunu yarım xalla başa vurublar - FOTO
23.04.2008 - 17:28
Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində üçüncü turun oyunları başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turunda milli komandamızın lideri Teymur Rəcəbov çinli Van Yuenin müqavimətini qıra bilməyib. Ağ fiqurlarla oynayan qrossmeysterimiz 37-ci gedişdə heç-heçə ilə kifayətlənib. Bu nəticədən sonra xallarının sayını 2-yə çatdıran T.Rəcəbov liderlər qrupunda qərarlaşıb. Yığmamızın digər üzvü Şəhriyar Məmmədyarov isə amerikalı Qata Kamski ilə heç-heçə oynayıb. Ağ fiqurlarla oynayan beynəlxalq qrossmeysterimiz 54-cü gedişdə xal bölgüsünə razı olub. Xallarının sayını 1-ə çatdıran və autsayderlər qrupunda qərarlaşan Ş.Məmmədyarov hələ də qələbə üzünə həsrətdir.
0
0