UEFA kubokunun ilk yarımfinal görüşlərində qeyri-adi nəticələr qeydə alınıb
25.04.2008 - 10:51
Elşən Məmmədov-APA-Sport. UEFA kuboku uğrunda yarışın ilk yarımfinal oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, hər iki qarşılaşmada Çempionlar Liqasının (ÇL) yarımfinal matçlarındakı kimi hesablar qeydə alınıb. Belə ki, “Bavariya” və “Zenit” arasındakı görüşdə İngiltərənin “Liverpul” və “Arsenal” klublarının ÇL-dəki oyununun nəticəsi təkrarlanıb – 1:1. Maraqlıdır ki, bu qarşılaşmalarda bütün qollara meydan sahibləri imza atıblar. “Arsenal”la “Zenit” ikinci hissədə məhz “Liverpul” və “Bavariya”nın müdafiəçilərinin öz qapılarına göndərdikləri qollarla məğlubiyyətdən yaxa qurtarıblar. Həmçinin, “Reyncers” və “Fiorentina”nın mübarizəsi ÇL-in “Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) matçındakı kimi, qolsuz heç-heçə ilə nəticələnib.
“Bavariya” (Almaniya) – “Zenit” (Rusiya) – 1:1
Riberi, 18 – Lusio, 60-öz qapısına
Riberi 18-ci dəqiqədə penaltidən yararlana bilməyib.
“Reyncers” (Şotlandiya) – “Fiorentina” (İtaliya) – 0:0
Qeyd edək ki, cavab oyunları mayın 1-də keçiriləcək.
“Bavariya” (Almaniya) – “Zenit” (Rusiya) – 1:1
Riberi, 18 – Lusio, 60-öz qapısına
Riberi 18-ci dəqiqədə penaltidən yararlana bilməyib.
“Reyncers” (Şotlandiya) – “Fiorentina” (İtaliya) – 0:0
Qeyd edək ki, cavab oyunları mayın 1-də keçiriləcək.
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı start götürüb
0
0