Vüqar Həşimov Qran-Pri turnirində liderliyə yüksəlib
29.04.2008 - 09:40
Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində VII turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 162000 avro mükafat fondu olan bu nüfuzlu yarışda çıxış edən təmsilçilərimizdən yalnız Vüqar Həşimov qələbə qazanıb. Beynəlxalq qrossmeysterimiz ağ fiqurlarla Qata Kamskini (ABŞ) məğlub edərək liderliyə yüksəlib. Teymur Rəcəbov reytinq favorit Maqnus Karlsenə (Norveç), Şəhriyar Məmmədyarov isə autsayderlər qrupunda yer alan İvan Çeparinova (Bolqarıstan) uduzub. Hesabat turu çərçivəsində keçirilən digər görüşlərdə Sergey Karyakin (Ukrayna) Ernesto İnarkiyevə (Rusiya) qalib gəlib. Maykl Adams (İngiltərə) – Etyen Bakro (Fransa), David Navara (Çexiya) - Pyotr Svidler (Rusiya), Aleksandr Qrişuk (Rusiya) – Van Yue (Çin) oyunlarında qalib müəyyənləşməyib.
Yeddi görüşdən sonra turnir cədvəlinə hərəyə 4,5 xal toplayan V.Həşimov, A.Qrişuk və V.Yue başçılıq edir. Liderləri 4 xalla Q.Kamski və M.Karlsen izləyir. Hesabında 3,5 xal olan T.Rəcəbov 6-cı, 3 xala malik Ş.Məmmədyarov 11-ci pillədə qərarlaşıb.
Bu gün VIII tur çərçivəsində daha 7 oyun keçiriləcək: V.Həşimov – T.Rəcəbov, V.Yue – M.Adams, P.Svidler - A.Qrişuk, Q.Kamski – E.Bakro, M.Karlsen - İ.Çeparinov, Ş.Məmmədyarov - S.Karyakin, E.İnarkiyev - D.Navara.

0
0