Dünya çempionatına yollanacaq Azərbaycan taekvondo yığmasının heyəti açıqlanıb
29.04.2008 - 11:01
Dünya çempionatına yollanacaq Azərbaycan taekvondo yığmasının heyəti açıqlanıb
Bakı. Aqşin Əliyev-APA-Sport. Türkiyənin İzmir şəhərində keçiriləcək gənc taekvondoçular arasında 7-ci dünya çempionatına qatılacaq Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Azərbaycan Taekvondo Federasiyasının meneceri Nağı Səfərovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yarışda ölkəmizin şərəfini 16 idmançı qoruyacaq. Oğlanların mübarizəsində Məmməd Əliyev (45 kq), Zülfüqar Qasımov (48 kq), Faiq Tanrıverdiyev (51 kq), İmran Zalov (55 kq), Nicat Mikayılov (59 kq), Zakir Abdullayev (63 kq), Səbuhi İsmayılzadə (68 kq), Məhəmməd Əzizli (73 kq), Allahşükür Zülfüqarlı (78 kq) və Aydın Bəhmalov (+78 kq) qüvvəsini sınayacaq. Həmçinin, turnirə 6 xanım taekvondoçumuz Xəyalə Quliyeva (42 kq),
Reyhan Bağırova (44 kq), Nübar Hacıyeva (46 kq), Fəridə Əzizova (49 kq), Fəridə Əliyeva (52 kq) və Aygül Abdullayeva (55 kq) yollanacaq. Komandanın rəhbəri Nağı Səfərov təyin edilib. Mayın 7-dən 11-dək davam edəcək yarış zamanı Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti, Avropa Taekvondo İttifaqının vitse-prezidenti Füzuli Musayev də yığmanın düşərgəsində olacaq.
0