Azərbaycan milli komandasının baş məşqçisi ilə Gənclər və İdman Nazirliyi arasında qalmaqal yaranıb
29.04.2008 - 12:21
Öncə V.Lunyov 4 idmançı ilə birgə Almaniya və İtaliyaya ezam olunacaqlarını bildirmişdi. Lakin bu dəfə baş məşqçi səlahiyyətləri gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı Nigar Bağırovanın anası Ruhiyyə Bağırovaya verilib. Nigar Bağırova ilə yanaşı, Ruslan Lunyov da növbəti beynəlxalq turnirlərə məhz R.Bağırovanın rəhbərliyi altında hazırlaşacaqlar.
Bu barədə “APA-Sport”a açıqlama verən Vladimir Lunyov heyətdən uzaqlaşdırılmasına aydınlıq gətirib: “Gənclər və İdman Nazirliyi məni bilərəkdən səfərə göndərməyib. Bu qərarı ya nazir verib, ya da onu yanlış məlumatlandırıblar. Mənimlə İradə Aşumovanın əvəzinə səfərə gənclər gediblər ki, bu da tipik variantdır. Yəni, acıq çıxmaq üçün bundan yaxşı üsul yox idi. Başqa sözlə, xaricə güllə atıcılığına aidiyyatı olmayan adamlar yollandılar. Halbuki, mən Avropa çempionatına hazırlaşan Ruslan Lunyovun şəxsi məşqçisiyəm”. V.Lunyovun sözlərinə görə, nazir Azad Rəhimovla görüşmək istəyinin qarşısı alınır: “Hər şey Azərbaycanda güllə atıcılığının tam məhvinə yönəldilib. Nazir müavini vasitəsilə Azad Rəhimova yazılı müraciət etmişəm, onunla görüşmək istəyirəm. Bu müraciətin üstündən bir həftə keçib, hələ də məni nazirliyə “çağırırlar”. Üç gün əvvəl isə müavin İsmayıl İsmayılov dedi ki, sizin müraciəti nazirə çatdırmağa vaxtımız olmayıb. Belə təsəvvür yaranır ki, məni nazirin yanına buraxmırlar”.
Məsələyə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da münasibət bildirib. İ.İsmayılov “APA-Sport” agentliyinə açıqlamasında baş məşqçi Vladimir Lunyovu yalan danışmaqda ittiham edib: “Güllə atıcılarını göndərmədiyimiz yarış qalmayıb. Ancaq həmişə yalan danışan Vladimir Lunyov verdiyi vədləri yerinə yetirməyib. Buna sübut kimi deyə bilərəm ki, onun hazırlaşdırdığı İradə Aşumova Pekin olimpiadasına lisenziya qazanmağı bacarmadı. Bundan sonra gənc və perspektivli idmançılara şərait yaradacağıq”. Nazir müavini vurğulayıb ki, V.Lunyovun tezliklə tutduğu vəzifədən azad olunacağını söyləmək çətindir: “Çünki bu məsələ Azərbaycan İdman Atıcılığı Federasiyası rəhbərliyinin səlahiyyətindədir”.
R.Bağırova, N.Bağırova və R.Lunyovun ardından güllə atıcılığı ilə bağlı daha iki şəxs xaricə ezam olunacaq. Mayın 12-də pnevmatik tüfənglə atəş açan Mehriban Məcidova və onun məşqçisi Olqa Stepanova Dünya Kubokuna qatılmaq üçün Almaniyanın Münhen şəhərinə yollanacaq.

0
0