Bakıda kamandan oxatma bazasının inşası üçün torpaq sahəsi ayrılıb
29.04.2008 - 16:57
Bakıda kamandan oxatma bazasının inşası üçün torpaq sahəsi ayrılıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Bakıda kamandan oxatma bazasının tikilməsi üçün torpaq sahəsi ayrılıb. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Kamandan Oxatma Federasiyasının vitse-prezidenti Namiq Hüseynov məlumat verib. Onun bildirdiyinə görə, bazanın 2009-cu ildə istifadəyə verilməsi planlaşdırılıb: “Torpaq sahəsinin harada ayrıldığını bilmirəm. Çünki bu haqda razılıq federasiya prezidenti ilə gənclər və idman naziri arasında görüş zamanı əldə olunub. İndi layihə hazırlanır, müvafiq sənədlər qaydasına salınır”. N.Hüseynov vurğulayıb ki, baza inşa olunanadək kamandan oxatanlar “Sədərək” idman klubunda məşq edəcəklər: “Sədərək” klubunu icarəyə götürmüşük. Oxatanlara həftədə 6 dəfə, gündə 7-8 saat məşq keçmək üçün şərait yaradılıb”.
Qeyd edək ki, 14 illik fəaliyyət zamanı maliyyə böhranı keçirən Kamandan Oxatma Federasiyasının maddi durumu ötən il oktyabrın 16-da Şahin Mövsümovun prezident seçilməsindən sonra yaxşılaşıb.
0