Zemfira Meftahəddinova ABŞ-da keçiriləcək Dünya Kubokuna qatılmaqdan imtina edib
29.04.2008 - 17:34
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın stend atıcısı, Sidney Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftahəddinova mayın 1-də ABŞ-ın Kervill şəhərində start götürəcək Dünya Kubokuna qatılmaqdan imtina edib. Milli komandanın baş məşqçisi Hafiz Cəfərovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, buna Z.Meftahəddinovanın mübarizə apardığı yarışların qrafikinin sıxlığı səbəb olub: “Biz Pekində keçirilmiş Dünya Kubokundan 6 gün öncə qayıtmışıq. Növbəti analoji turnirə yollanmaq həddən artıq çətindir. Məsələ burasındadır ki, Çində saat fərqi var idi. ABŞ-la müqayisədə isə daha böyük saat fərqi mövcuddur. Belə olan halda, yerli şəraitə uyğunlaşmaq qeyri-mümkündür. Bütün bunları nəzərə alaraq, Zemfira Meftahəddinovanın Dünya Kubokunda çıxış etməməsi qərarına gəldik”.
Məşqləri Bakıda davam etdirəcək stend atıcısının mayda İtaliyada təlim-məşq toplanışı keçməsi nəzərdə tutulub.
Qeyd edək ki, Z.Meftahəddinova Pekin olimpiadasında qüvvəsini sınayacaq Azərbaycanın yeganə stend atıcısıdır.
Məşqləri Bakıda davam etdirəcək stend atıcısının mayda İtaliyada təlim-məşq toplanışı keçməsi nəzərdə tutulub.
Qeyd edək ki, Z.Meftahəddinova Pekin olimpiadasında qüvvəsini sınayacaq Azərbaycanın yeganə stend atıcısıdır.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0