Azərbaycanın otüstü hokkey hakimləri beynəlxalq dərəcə almaq üçün seminara qatılıblar
02.05.2008 - 11:59
Azərbaycanın otüstü hokkey hakimləri beynəlxalq dərəcə almaq üçün seminara qatılıblar
Bakı. Aqşin Əliyev-APA-Sport. Azərbaycanın otüstü hokkey hakimləri Elxan Nuriyev və Səadət Zəkiyeva Almaniyanın paytaxtı Berlində təşkil olunan beynəlxalq seminarda iştirak ediblər. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlilərimizə nəzəri məşğələlər keçirilib, səviyyəli turnirlərin idarəçiliyi təhlil edilib. Bundan başqa, seminarda yeni qaydalar barədə ətraflı məlumat verilib. E.Nuriyevlə S.Zəkiyeva təcrübələrini artırmaq məqsədilə yayda Hollandiyanın Rotterdam şəhərinə yollanacaq. Onlar beynəlxalq turnirin oyunlarını izlədikdən sonra iyulda öz bacarıqlarını nümayiş etdirəcəklər. E.Nuriyev 21 yaşadək oğlanlardan ibarət yığmalar arasında Bakıda keçiriləcək Avropa çempionatı Çelenc yarışında hakimlik edəcək. S.Zəkiyeva isə buna paralel olaraq, Avstriyada baş tutacaq qızların turnirində ədalət prinsiplərini qoruyacaq. Hakimlər yaxşı təsir bağışlayacaqları təqdirdə, Avropa Otüstü Hokkey Federasiyası tərəfindən onlara beynəlxalq dərəcə verəcək.
Qeyd edək ki, Azərbaycanda beynəlxalq dərəcəli otüstü hokkey hakimi yoxdur.
0