Pekin olimpiadasında Azərbaycan yığmasının kapitanı Fərid Mansurov olacaq
02.05.2008 - 16:44
Onun sözlərinə görə, millimizin bayraqdarı 2004-cü il Afina olimpiadasının qalibi, yunan-Roma güləşçimiz Fərid Mansurov olacaq. M.Rəhimov bildirib ki, olimpiya və dünya çempionu F.Mansurov beynəlxalq arenada uğurlu çıxışları ilə yığmamızın kapitanı seçilməyə layiq olduğunu nümayiş etdirib. Digər olimpiya çempionu, sərbəst güləşçi Namiq Abdullayevin Pekin olimpiadasına yollanıb-yollanmayacağına hələ aydınlıq gəlmədiyini deyən GİN rəsmisi bu hal baş verərsə, iki pəhləvan arasında seçim aparılacağını vurğulayıb.
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0