Fərid Mansurov: “Pekin olimpiadasında kapitan olacağımdan böyük qürur hissi keçirirəm”
02.05.2008 - 17:26
Bakı. Elşən Məmmədov - APA-Sport. “Pekin olimpiadasında Azərbaycan yığmasının kapitanı olacağımı ilk dəfə mənə baş məşqçi Elçin Cəfərov deyib. Əlbəttə, Olimpiya Oyunlarının açılış mərasimində ölkəmizin bayrağını daşıyacağım üçün böyük qürur hissi keçirirəm”. Bu sözləri 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının kapitanı olacaq yunan-Roma güləşi üzrə dünya və Olimpiya çempionu Fərid Mansurov deyib. Onun sözlərinə görə, Olimpiadanın açılışı zamanı yığmamızın bayraqdarı kimi idmançılarımızın önündə getmək həm şərəfli, həm də məsuliyyətli işdir: “Bütün yığma üzvləri kapitandan nümunə götürür. Əldə olunan nəticələrdə kapitanın böyük rolu olur. Bu baxımdan idmançılarımıza mənəvi-psixoloji dəstək verməklə yanaşı, özüm də layiqli çıxış etməliyəm. Mənə göstərilən bu etimadı doğrultmağa çalışacağam”. 2004-cü il Afina olimpiadasının qalibi həmçinin Pekində də eyni uğuru təkrarlamaq əzmində olduğunu söyləyib: “İstərdim ki, yenidən olimpiya çempionu adını qazanım. İkiqat olimpiya çempionu tituluna sahib çıxmaq üçün mübarizə aparacağam”.
Qeyd edək ki, Azərbaycanın müstəqillik dönəmində indiyədək kapitanları cüdoçu Nazim Hüseynov (1996), sərbəst güləşçi Namiq Abdullayev (2000) və ağır atlet Nizami Paşayev (2004) olub.
Qeyd edək ki, Azərbaycanın müstəqillik dönəmində indiyədək kapitanları cüdoçu Nazim Hüseynov (1996), sərbəst güləşçi Namiq Abdullayev (2000) və ağır atlet Nizami Paşayev (2004) olub.
0
0