Azərbaycanın universal döyüşçüləri beynəlxalq turnirdə 45 medal əldə ediblər
05.05.2008 - 12:56
Bakı. Aqşin Əliyev – APA-Sport. Mərhum prezident Heydər Əliyevin 85 illiyi münasibətilə Bakıda kişilər və qadınlar arasında universal döyüş üzrə beynəlxalq turnir keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Özbəkistan və Nigeriya idmançıları qüvvələrini sınayıblar. Beynəlxalq turnirə 3 komanda ilə qatılan ölkəmiz 11 qızıl, 13 gümüş və 21 bürünc medala yiyələnib. Kişilərin yarışında həmyerlilərimizdən Mənsur Hüseynov (60 kq), Xəyyam Səfixanov (70 kq), Əyyub Qazıyev (80 kq), Anar Məmmədov (90 kq), Rəşad Ocaqverdiyev (95 kq) və Elşən Məmmədov (+95 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xanım idmançılarımızdan isə Nazənin Məmmədova (52 kq), Günel Orucova (57 kq), Fərəh Rəsulova (63 kq), Ləman Səmədova (70 kq) və Günay Axundova (78 kq) birinci yeri tutublar. Beləliklə, Azərbaycan qeyri-rəsmi komanda hesabında ilk pillədə qərarlaşıb.
0
0