“Bakı-2016”nın Təşkilat Komitəsinin rəsmiləri Beynəlxalq Olimpiya Komitəsinin iclasında iştirak edəcəklər
06.05.2008 - 13:10
Bakı. Elşən Məmmədov-APA-Sport. 2016-cı ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürən şəhərlərin nümayəndələri Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsinin iclasına dəvət olunublar. “APA-Sport” agentliyinin məlumatına görə, iyunun 4-də Yunanıstanın paytaxtı Afinada öz işinə başlayacaq toplantıya “Bakı-2016”nın Təşkilat Komitəsinin rəsmiləri də qatılacaqlar. İki günlük iclasda Təşkilat Komitəsinin sədri, baş nazirin I müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edəcəklər. Azərbaycan nümayəndə heyəti 3-7 iyun aralığında Afinada olacaq. Toplantıda 2016-cı il olimpiadası uğrunda mübarizədə ikinci mərhələyə vəsiqə qazanacaq şəhərlərin adları açıqlanacaq. İddiaçı şəhərlərin nümayəndələri iclası müşahidəçi qismində izləyəcəklər.
Qeyd edək ki, 2016-cı il Olimpiadasına Bakı ilə yanaşı, Praqa (Çexiya), Madrid (İspaniya), Doha (Qətər), Tokio (Yaponiya), Çikaqo (ABŞ) və Rio-de-Janeyro (Braziliya) şəhərləri namizəddir. Qalib şəhərin adı ikinci mərhələyə vəsiqə qazananlar arasından seçilərək, 2009-cu il oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək İOC-un sessiyasında elan olunacaq.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0