İyunun 12-də Avropa Ədalətli Oyunlar Komitəsinin prezidenti Bakıya gələcək
06.05.2008 - 16:32
Bakı. Elşən Məmmədov-APA-Sport. İyunun 12-də Avropa Ədalətli Oyunlar Komitəsinin prezidenti Karlos Qonsalves və vitse-prezidentləri Ərdoğan Arıpınar və Manfred Lammer Bakıya gələcəklər. “APA-Sport” agentliyinin məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komitəsinin sədri Xəzər İsayev məlumat verib. Komitə sədri bildirib ki, beş gün davam edəcək səfər əsasən tanışlıq xarakteri daşıyacaq. Qonaqlar Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, həmçinin, Milli Olimpiya Komitəsində mühazirələr oxuyacaqlar. Mühazirələr “Olimpiya hərəkatı tarixi və onun Almaniyada öyrənilməsi” və “Olimpiya təhsili” mövzularında olacaq.
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0