Penitensiar Xidmətinin Mühafizə Alayında əlbəyaxa döyüş üzrə yarışa yekun vurulub
06.05.2008 - 16:36
Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunan əlbəyaxa döyüş üzrə yarışa yekun vurulub. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mühafizə Alayının idman zalında yarışın təntənəli final mərhələsi keçirilib. Tədbirdə Penitensiar Xidmətin rəhbərliyi, ölkədə fəaliyyət göstərən əlbəyaxa döyüş növləri üzrə federasiyaların, incəsənət kollektivlərinin nümayəndələri iştirak ediblər. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov tədbirdə çıxış edərək ölkədə idmanın inkişafına göstərilən qayğının təzahürü kimi penitensiar sistemdə də bu sahədə mütərəqqi dəyişikliklərin olduğunu qeyd edib. 7 müxtəlif çəki dərəcəsində keçirilən final mərhələsində Mühafizə Alayının tərkibində yeni təşkil olunan xüsusi təyinatlı bölüyün əsgərləri xüsusilə fərqlənib və 6 çəki dərəcəsində yarışın qalibi olublar.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0