Beynəlxalq Olimpiya Komitəsinin texniki komissiyası Olimpiada-2016-nı keçirməyə namizəd Bakının potensialı ilə bağlı hesabat hazırlayacaq
06.05.2008 - 18:10
Bakı. Elşən Məmmədov-APA-Sport. Yunanıstanın paytaxtı Afinada keçiriləcək başlayacaq Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsinin iclasında öncə qurumun texniki komissiyasının 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürən şəhərlərin potensialları haqda qərarı açıqlanacaq. Bu barədə “APA-Sport” agentliyinə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, texniki komissiyanın hesabatları müstəqil şəkildə iddiaçı şəhərlərin sifariş kitabları və digər mənbələrdən toplanan məlumatlar əsasında hazırlanacaq. Bundan sonra İOC-un İcraiyyə Komitəsi ikinci mərhələyə neçə şəhərin buraxılması haqda qərar qəbul edəcək. Həmin şəhərlərin adları isə texniki komissiyanın rəyinə əsasən, İcraiyyə Komitəsinin üzvləri arasında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək.
Qeyd edək ki, İOC-un İcraiyyə Komitəsinin iclası iyunun 4-5 baş tutacaq. 2016-cı il olimpiadasını təşkil etməyə Bakı ilə yanaşı, Praqa (Çexiya), Madrid (İspaniya), Doha (Qətər), Tokio (Yaponiya), Çikaqo (ABŞ) və Rio-de-Janeyro (Braziliya) şəhərləri də namizəddir.
Qeyd edək ki, İOC-un İcraiyyə Komitəsinin iclası iyunun 4-5 baş tutacaq. 2016-cı il olimpiadasını təşkil etməyə Bakı ilə yanaşı, Praqa (Çexiya), Madrid (İspaniya), Doha (Qətər), Tokio (Yaponiya), Çikaqo (ABŞ) və Rio-de-Janeyro (Braziliya) şəhərləri də namizəddir.
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0