Azərbaycan kikboksinq yığması dünya çempionatından 16 qızıl, 1 gümüş və 3 bürünc medalla qayıdır
12.05.2008 - 12:37
Limasol. Elşən Məmmədov-APA-Sport. Kiprin Limasol şəhərində yeniyetmələr, gənclər, kişilər və veteranlar arasında keçirilən Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyasının versiyası üzrə dünya çempionatına yekun vurulub. Yarışda çıxış edən Azərbaycan yığması 16 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Oqtay Mehdiyev məlumat verib. Onun sözlərinə görə, qızıl medalları kişilərdən lou-kik versiyasında Zaur Məmmədov (53,5 kq), Nurlan Qədimov (56,5 kq), Eduard Məmmədov (60 kq), Bəxtiyar İsgəndərzadə (64,5 kq), Araz Pirməmmədov (67 kq), Xəyal Əhmədov (76 kq), Hafiz Baxşəliyev (+88,5 kq), ful-kontakt versiyasında Emil Kərimov (53,5 kq), Elnur Dəryagir (60 kq), Ehram Məcidov (82 kq), oriental versiyasında Rəhim Allahverdiyev (64,5 kq), Araz Pirməmmədov (67 kq), Kənan Sadıqov (72,5 kq), Kamil Şərifov (76 kq), veteranlardan federasiya prezidenti, millət vəkili Adil Əliyev, yeniyetmələrdən Şaban Şahpələngov (45 kq) qazanıb. Yeganə gümüş medala kişilərdən ful-kontakt versiyasında Güloğlan Cabbarov (+88,5 kq) sahib çıxıb. Gənclərdən layt-kontakt versiyasında Mehman Yaşaroğlu, Əli Əşrəfoğlu və Vüsal Tağıyev isə bürünc medalla kifayətləniblər.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
0
0