Azərbaycan taekvondoçuları dünya çempionatından bir medalla qayıdıblar
12.05.2008 - 13:59
Bakı. Aqşin Əliyev - APA-Sport. Türkiyənin İzmir şəhərində gənc oğlanlar və qızlar arasında keçirilən taekvondo üzrə 7-ci dünya çempionatı başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini 16 idmançı qoruyub. Beş günlük mübarizənin yekununda yığmamızın qazancı bir medal olub. Dünya birinciliyinə qatılan 8 oğlan taekvondoçumuzdan heç biri fəxri kürsüyə yüksələ bilməyib. Ölkəmizə yeganə medalı isə xanım idmançımız Fəridə Əzizova qazandırıb. 49 kq çəki dərəcəsində qüvvəsini sınayan F.Əzizova 3-cü yeri tutub. Milli komandamız bu gün vətənə dönüb.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0