Luk van Veli Bakıda keçirilən “Prezident kuboku” festivalına sensasion məğlubiyyətlə başlayıb
13.05.2008 - 12:11
Bakı. Kənan Həsənov-APA-Sport. Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə keçirilən “Prezident kuboku” beynəlxalq şahmat festivalı çərçivəsində açıq turnir start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, I turda sensasiyalı nəticə qeydə alınıb. Belə ki, reytinqə əsasən yarışın üçüncü şahmatçısı olan Luk van Veli 18 yaşlı azərbaycanlı Şəhriyar Rəhmanova uduzub. Digər iti zəka sahiblərimizdən Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Məmmədov, Rəsul İbrahimov, Fərhad Tahirov, Eltac Səfərli, Zeynəb və Türkan Məmmədyarova da ilk oyunlarında qələbə qazanıblar. Əsas favoritlərdən sayılan Vadim Milov, Viktor Korçnoy (hər ikisi İsveçrə), İvan Sokolov, Yan Timman (hər ikisi Hollandiya), Naycel Şort (İngiltərə), Aleksandr Belyavski (Sloveniya), Arkadi Naydiç (Almaniya), Baadur Cobava (Gürcüstan) və Antoaneta Stefanova (Bolqarıstan) da birinci turu itkisiz başa vurublar.
Paralel olaraq təşkil edilən veteranların birinciliyində II turdan sonra Eldar Cahangirovla Akif Vəlibəyov maksimum nəticə göstəriblər. Uşaqların yarışında isə ardıcıl üç oyunda qələbə qazanan altı təmsilçimiz liderlər qrupunda qərarlaşıb.
İsveçrə sistemi ilə keçirilən yarışın mükafat fondu 85000 ABŞ dolları həcmində müəyyənləşdirilib. Açıq turnirin qalibi 7000 dollar və kuboka sahib çıxacaq.

0
0