“Araz” Azərbaycan kubokunun yarımfinalına yüksəlib
20.05.2008 - 10:21
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə XIV Azərbaycan kuboku uğrunda yarışın qrup mərhələsində ikinci tura start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, ilk oyun günündə B qrupunda yer alan komandalar meydançaya çıxıblar. Turnirin favoriti “Araz” çətinlik çəkmədən növbəti qələbəsini rəsmiləşdirib. Dördqat ölkə çempionu və üç dəfə kubokun qalibi olan Naxçıvan təmsilçisi həvəskarlardan ibarət “Olimp”i 10:3 hesabı ilə məğlub edərək, vaxtından qabaq yarımfinala yüksəlib. Bu qrupun digər matçında “Sumqayıt” “İnteqral”a böyük hesabla qalib gəlib - 15:3. Bu gün A qrupu çərçivəsində “Qarabağ veteranları” “Karasu”, TT isə “Ekol”la qüvvəsini sınayacaq.
Sonuncu turda “İnteqral”la qarşılaşacaq “Araz” istənilən halda, mübarizəni davam etdirəcək. B qrupundan yarımfinala çıxacaq ikinci kollektivin adı isə “Sumqayıt” - “Olimp” görüşü zamanı müəyyənləşəcək. Qrup mərhələsinə mayın 22-də yekun vurulacaq. Kubokun final matçı isə mayın 29-na təyin olunub.
B qrupu

| Klub | o | q | h | m | t | x |
1 | Araz | 2 | 2 | 0 | 0 | 13-5 | 6 |
2 | Sumqayıt | 2 | 1 | 0 | 1 | 17-6 | 3 |
3 | Olimp | 2 | 1 | 0 | 1 | 13-11 | 3 |
4 | İnteqral | 2 | 0 | 0 | 2 | 4-25 | 0 |
0
0