“Kəpəz”in futbolçusu Moldova millisinə dəvət alıb
05.11.2026 - 14:22
“Kəpəz”in futbolçusu Moldova millisinə dəvət alıb

“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu UEFA Millətlər Liqasının C divizionunda noyabrın 13-də Qazaxıstana, üç gün sonra isə Farer adalarına qarşı keçiriləcək oyunlarda iştirak edə bilər.

Moldova yığması hazırda qrupda 4 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Viktor Stina indiyədək Moldova millisinin heyətində 34 oyun keçirib və 4 qol vurub.