Azərbaycan qılıncoynadanları Las-Veqasda keçirilən Qran-Pri turnirində uğursuzluğa düçar olublar
21.06.2008 - 11:47
Bakı. Kənan Həsənov - APA-Sport. ABŞ-ın Las-Veqas şəhərində qılıncoynatma üzrə Qran-Pri turniri start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışa qatılan sablya üzrə milli komandamızın üzvləri uğursuz çıxış ediblər. Təmsilçilərimizdən ən yaxşı nəticəni 25-ci yeri tutan Janna Muradqızı göstərib. Səbinə Əmrahzadə 32-ci, Sevil Bünyatova 73-cü, Aidə Ələsgərova 82-ci olub. Qılıncoynadanlarımız bu gün komanda birinciliyində mübarizə aparacaqlar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0